ABŞ prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) ölkələri liderlərinin İşgüzar Məşvərət Şurasının üzləri ilə Vyetnamda keçirilən görüşünə gəlməyib
Virtualaz.org RİA Novosti-yə istinadla xəbər verir ki, Birləşmiş Ştatları tədbirdə ABŞ-ın ticarət nümayəndəsi Robert Laytxazer təmsil edir.
APEC ölkələri liderlərinin İşgüzar Məşvərət Şurasının üzləri ilə görüşü bu gün səhər “Furama” otelində start götürüb. Bu, sammit çərçivəsində keçirilən ilk rəsmi tədbirdir. Rəyasət heyətində Donald Tramp üçün ayrılmış kreslo bir müddət boş qalıb, sonra orada Laytxazer əyləşib.
Bundan əvvəl Ağ Evin mətbuat katibliyindən məlumat verilmişdi ki, Donald Trampın qrafikinin sıxlığı səbəbindən onun Vyetnamda Rusiya prezidenti Vladimir Putin ilə formal görüşü olmayacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, ABŞ tərəfdən ziddiyyətli siqnallar gəlir, amma mümkün görüşlə bağlı iş davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...