Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının 79-cu ildönümü ilə əlaqədar qardaş ölkədə anım günü keçirilir
Bununla əlaqədar Anıtqəbirdə anma mərasimi təşkil olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, siyasi partiya rəhbərləri və hökumət üzvləri Anıtqəbrə gələrək Türkiyənin xilaskar oğlunu ehtiramla yad ediblər.
Atatürkün məzarı önünə əklil qoyulub.
Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin xatirə kitabına ürək sözlərini yazıb.
Hazırda Anıtqəbir kompleksində böyük izdiham yaşanır. Türkiyə xalqı öz xilaskar oğlunu ehtiramla yad edir.
Bundan başqa, Türkiyənin hər yerində anma mərasimləri təşkil olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...