“Son iki ildə ölkəmizin beynəjxalq qiymətləndirmə üzrə iqtisadi potensial iki dəfə azalıb, və geriləmə davam edir. Nisbi göstəricilərə görə ümumdünya orta səviyyəsindən 2,5 dəfə geri qalırıq. İqtisadi vəziyyətimiz çox zəifdir. Norveç olasıydıq, Nigeriya olduq”
Bu sözləri Azərbaycanın keçmiş maliyyə naziri, iqtisadi elmlər doktoru, professor Saleh Məmmədov “BizimYol.info” saytına müsahibəsində deyib.
O, bunun səbəbləri kimi monopoliya, (inhisar) və iqtisadi represiyya, korrupsiya, səmərəsiz iqtisadi siyasəti göstərib.
Saleh Məmmədov bank sistemini də tənqid edib: “Azərbaycanda bank sistemi yoxdur. Sadəcə sovet kassa-hesablaşma mərkəzləri var, onların da əsas istiqaməti Şərqdən qərbə pul axının üçün karvan yollarıdır. Müasir bank sistemini qurmaq lazımdır. Qurmaq üçün birinci növbədə monopoliyanı ləğv etmək lazımdır”.
Sabiq nazirin sözlərinə görə, xarici bankları ölkəyə dəvət etmək lazımdır.
“Çin kimi əsas məqsəd kimi qarşıya qoymaq lazımdır ki, dünyanın top 100 bankını ölkəyə gətirəcəyik. Biri – HSPC 90-cı illərdə çox çətinliklə razılıqla gəlmişdi və aktivlərinin 1%-ni Azərbaycanda yerləşdirməyi planlaşdırırdı. Aktivləri bu bankın bilirsiniz nə qədərdi – 2,5 trilyon dollar, bir faizi isə 25 milyard dollar, Azərbaycanın bütün bank kreditləri isə cəmi 7 milyard dollardı. Bu bank 2-3 ildən sonra Azərbaycandan çıxarıldı, əgər qalsa idi, təsəvvür edin, kredit məbləğini yannız bu bank hesabına 4 dəfə artırmaq olardı”.
O, digər problem kimi nizamnamə fondunun minimum həcminə qoyulan məhdudiyyəti göstərib. “50 milyon dollardır. Azərbaycanda rəsmi o qədər kapitalı olan adam yoxdur. Deməli, əvvəlcədən dövlət tərəfindən banklarda rəqabətin aradan qaldırılmasına yönəlib. Xarici ölkələrdə Azərbaycan banklarının filialları çox zəif və ya korrupsiya uğrayıb”.
MilliYol.Az
Digər xəbərlər
loading...