Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib.
MilliYol.Az musavat.com-a istinadən xəbr verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib.
Cəlilabad, İsmayıllı, Bərdə, Dəvəçi və digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.
Sabiq polis rəisi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mətləb Rzayev 14 ildən artıqdır daxili işlər orqanlarından polkovnik rütbəsində təqaüdə çıxıb.
Yaxından tanıyanların dediyinə görə, 1947-ci il təvəllüdlü M.Rzayev gəncliyində Politexnik İnstitutunu, sonra Ali Partiya Məktəbini, daha sonra Moskvada Milis Akademiyasını bitirib.
MilliYol.Az
Digər xəbərlər
loading...