Sovet dövrünün təmtəraqlı mərasimlərindən fərqli olaraq, Kreml bolşevik inqilabının 100-cü ildönümünü geniş qeyd etməyə meyl göstərməyib
Hökumətin yanaşması həm cəmiyyətdə inqilaba münasibətdə kəskin fikir ayrılıqlarını, həm də Kremlin 1917-ci ildə kommunistlərin 70 ildən artıq hakimiyyətinə gətirib çıxarmış hadisələrlə bağlı narahatılığını əks etdirir. Prezident Vladimir Putin 1991-ci ildə Sovet İttifaqının dağılmasını “20-ci əsrin ən böyük geo-siyasi fəlakəti” adlandırıb. Lakin o həmçinin Rusiya imperiyasının məhvinə və milyonlarla insanın ölümünə səbəb olan inqilabla bağlı təəssüfünü bildirib.
“Gəlin, özümüzə sual verək: İnqilab olmadan təkamül yolu ilə getmək mümkün deyilmi?”, – Putin keçən ay çıxışlarının birində söyləyb. “Biz dövlətçiliyimizi və milyonlarla insanın həyatını məhv etmək əvəzinə tədricən və durmadan irəliyə gedə bilmərikmi?”, – Putin sözünə davam edib. Putin çərşənbə axşamı adi iş günləri olduğu kimi rəsmi görüşlərdə iştirak etdiyi zaman inqilabı qeyd etməyib.
Rusiya prezidentinin bu qarışıq hisslərinin əsasında onun həm çar, həm də sovet imperiyalaranın irsinə iddia cəhdi durur.
Tərəfdarlarının çoxunun ehtiramla yanaşdığı hadisəni qınaya bilməsə də, Rusiya lideri üsyanlara etinasız yanaşır və bunu xarici kəşfiyyat agentliklərinin işi hesab edir. Kreml inqilabın yüzilliyini qeyd etməsə də, Rusiya dövlət televiziyasında hadisələr və inqilabın liderləri haqda sənədli filmlər nümayiş etdirilib. Bu filmlərdə Almaniyanın bolşeviklərə maliyyə yardımı göstərərək, inqilabda roluna diqqət çəkilib. Bu, Kremlin ABŞ-ın Rusiyanın daxili işlərinə müdaxiləsinə dair iddiaları ilə səsləşir.
Putin ABŞ-ı 2011-2012-ci ildə ona qarşı kütləvi nümayişlərə təşviq etməkdə ittiham edib. O həmçinin Vaşinqtonu Yaxın Şərqə, Şimali Afrikada və keçmiş sovet respublikalarında baş qaldırmış bir sıra hərəkatları təşkil etməkdə günahlandırıb.
Kremlin bolşevik inqilabının 100 illiyini qeyd etməyə meylli olmaması Rusiya cəmiyyətində inqilabla bağlı kəskin fikir ayrılıqlarını əks etdirir. Bu yaxınlarda ölkə boyu keçirilmiş rəy sorğusuna əsasən, inqilabın müsbət, ya da mənfi hadisə olduğu məsələsində ruslar arasında fikir ayrılıqları bərabər şəkildə bölünür. (Amerikanın Səsi)
MilliYol.Az
Digər xəbərlər
loading...