Həbsdədki iş adamına məxsus “Sahil-D Company” şirkəti Xətai rayonunda tikilən binanın eyni mənzillərini müxtəlif adamlara satmaqla məşğuldur
Dələduzluğa görə həbs edilən və adı saxta mənzil satışında və digər maxinaiyalarda keçən iş adamı İlham Qasımovun adı ilə bağlı qalmaqal bitmək bilmir. Uzun müddətdir mətbuatın gündəmindən düşməyən və dələduzluğa görə 12 il həbs cəzasına məhkum olunan İlham Qasımovun adı bu dəfə də sahib olduğu “Sahil-D Company” şirkətindəki fırıldaqda hallanır.
Qlobal.az xəbər verir ki, Xətai rayonu F.Bayramov küçəsində 24 mərtəbəli binada “Sahil-D Company” şirkəti bir mənzili yenədə “köhnə qayda” da olduğu kimi bir neçə nəfərə satıb.
Bildirək ki, Xətai rayonu F.Bayramov küçəsində yerləşən 24 mərtəbəli binanı ilk dəfə 2008-ci ildə “STS” şirkəti inşa etməyə başlasa da, sonradan şirkət rəhbərliyi tikintini başa çatdıra bilməyib və həbs edilib. “STS” şirkətinin rəhbərliyi həbs edildikdən sonra ərazidə tikinti işlərini İlham Qasımova məxsus “Sahil-D Company” şirkəti davam etdirib və mənzilləri satışa çıxarıb. Onu da qeyd edək ki, “Sahil-D Company” şirkətinin bina tikintisində İlham Qasımovun şəriki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov olub. Ancaq 2015-ci ildə mənzil fırıldağına görə Sahib İbrahimovla İlham Qasımov arasında mübahisə yaranıb və bu mübahisə məhkəmə çəkişməsinə qədərə gedib çıxıb. Həmin mübahisənin yaranma səbəbi isə bir mənzilin bir neçə nəfərə satılmasına görə şirkətin direktoru M.Cəfərov həbs edilməsindən sonra, Xətai rayon Rövşən Əliyev küçəsindəki hər biri 24 mərtəbəli 4 binadan ibarət “Sahil-D Company” kompleksi İlham Qasımovun nəzarətinə keçib. Ancaq Sahib İbrahimov bununla razılşmayaraq İlham Qasımova qarşı iddia qaldırdı və məhkəmə çəkişməsində məğlub oldu. İlham Qasımov isə “Sahil-D Company” şirkətinə sahib oldu və mübahisəli kompleksi türk iş adamlarına dövr etdi. Həmin dövrdə baş verən proseslərin iştirakçısı olan mənbəmizin iddiasına görə əslində İlham Qasımov mübahisəli kompleksi türk iş adamlarına dövr etsə də orada onun payı qalırdı və həmin paydan etdiyi satışlardan yaxşı qazanc əldə etdi. Yenidən Xətai rayon F. Bayramov küçəsində yarımçıq qalan binanı tikən İlham Qasımov bu dəfə də köhnə xasiyyətindən keçə bilməyib. Saytımıza verilən məlumata görə “Sahil-D Company” tikdiyi binanın aşağı mərtəbəsindəki iaşə obyektləri eyni adamlara bir neçə dəfə satılıb və hazırda Qasımovlar ailəsi bu problemin həllinə çalışırlar.
Şirkətin tikdiyi bianada mənzil satışını İlham Qasımovun İlkin adlı kürəkənin nəzarət etdiyi deyilir. Mənbəmiz bəzi mənzilləri məhz İlham Qasımov tərəfindən həbsxanadan satıldığını vurğuladı. Baş verən qalmaqalın böyüməməsi və yenidən qalmaqalla gündəmə gəlmək istəməyən İlham Qasımov problem yoluna qoymaq üçün müştərilərlə anlaşmağa çalışır. Həmin problemlərdən biri də bu yaxınlarda Xətai rayon məhkəməsinin qərarı ilə öz mənzilinə sahib olan deputat İqbal Məmmədovla bağlı olub. Belə ki, məhkəmin qərarı ilə 3 (üç) mənzilinə sahib çıxan deputatın mənzilini “Sahil-D Company” şirkəti Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədova satmışdı. İndi həmin şəxslərin mənzillə təmin edilməsində problemlərin çıxdığı bildirilir.
Qeyd edək ki, yaxın günlərdə iş adamı İlham Qasımova məxsus “Sahil-D Company”, “Real”MTK şirkətləri tərəfindən Xətai və Nəsimi rayonlarında tikilərək istifadəyə verilən yaşayış binaları ilə bağlı reportaj hazırlayacağıq.
Qarşı tərəf də münasibət bildirə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...