Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 8-9 noyabr tarixlərində Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdə olacaq
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun Efiopiya xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Bundan başqa, nazir Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil-qərargahlarına baş çəkəcək, Afrika İttifaqının sədri və komissarları ilə görüşlər keçirəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...