AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, artıq gələn həftə Ukrayna Rusiya ilə diplomatik münasibətləri birtərəfli qaydada kəsə bilər. Əgər Ali Rada səs verərsə, bu, baş verəcək
Kiyevlə Moskva arasında diplomatik münasibətin kəsilməsi «Donbasın reinteqrasiyası haqqında» Ukraynanın gözlənilən qanununun mütləq bəndi ola bilər. Bu barədə «Kommersant» qəzeti yazır.
Qanun layihəsinə uyğun düzəlişi hakim «Pyotr Poroşenko bloku»ndan olan Ali Rada deputatı İvan Vinnik daxil edib. Onun təşəbbüsünə görə, qanunun qəbul olacağı təqdirdə, Rusiya təcavüzkar dövlət kimi tanınacaq. Bundan sonra, Kiyev, aydındır ki, Moskvadakı səfirliyini bağlayacaq. Üstəlik də Ukraynanın Rusiya paytaxtındakı diplomatik missiyası onsuz da faktiki olaraq, öz fəaliyyətini məhdudlaşdırıb.
«Kommersant»ın məlumatlı mənbələri təsdiqləyirlər ki, Moskva ilə dipmünasibətlərin kəsilməsi Poroşenkonun planlarına daxil deyil. Ancaq düzəlişi dəstəkləməkdən savayı, Prezidentin və onun ətrafının sadəcə, başqa çıxış yolu qalmır.
Diplomatik münasibətlərin kəsilməsi barədə fərmanın imzalanacağı təqdirdə, Kiyev, böyük ehtimalla, üçüncü dövlətlə danışıqlara başlayacaq ki, onun səfirliyi Ukraynanın Rusiyada maraqlarını təmsil etsin. Bu rola ən çox ehtimal olunan dövlətlər – Belarus və İsveçrədir.
Yeri gəlmişkən, İsveçrə artıq 10 ilə yaxındır ki, (Gürcüstanla Rusiya arasında dipmünasibətlərin kəsildiyi andan üzübəri) Rusiyada Gürcüstanın maraqlarını təmsil edir.
MilliYol.Az
Digər xəbərlər
loading...