I vitse-prezidentdən nümunə götürsəydi...
Son illərdə Şəmkir, Binəqədi, Xətai, Abşeron icra hakimiyyətlərində müavin postlarında xanımlar yer almağa başladı.
Onlardan biri - Abşeronun icra başçısı müavini olan İradə Gülməmmədova karyera yüksəlişi yaşayarq həmcinsləri arasından seçildi və bu rayona icra hakimi təyin olundu.
İndi Azərbaycanda yeganə xanım icra başçısı D.Camalovadan sonra İ.Gülməmmədovadır. Onun karyerasının pik nöqtəsinə qalxmaqda hansı siyasi güclərin təsiri olub-olmadığını söyləmək çətindir.
Lakin böyük gözləntilər vardı ki, xanım icra başçısı kişi həmkarlarından fərqlənəcək, daha humanist, ana və qadın ürəyi ilə Abşerona yanaşacaq, insanların və rayonun problemlərinə isti münasibət sərgiləyəcək.
Amma bir çox rayonlarda kişi icra başçılarının xalqa və sahibkarlara “qan uddurması” İ.Gülməmmədovanın yanında yalan oldu. Demə, xanım icra başçısı özünü kraliça elan edərək rayonu viran qoyacaqmış.
O, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən nümunə götürmək əvəzinə Abşeronu “cəhənnəm yuvası”na döndərdi.
İki ilə görülən “iş”lər
Sentyabrın 2-sə onun Abşeron RİH başçısı təyin olunmasının iki ili tamam oldu. Lakin bu 2 ildə əlini ağdan qaraya vurmayan İ.Gülməmmədova rayonu problemlərlə baş-başa qoyub.
İxtisasca pediatr olan, 1995-2006-cı illərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim işləmiş G.Məmmədova başçı kimi rayonun problemlərini “müalicə” edə bilmədi, daha doğrusu etmədi...
Sözü uzatmadan faktlara nəzər yetirək: Abşeronun Mehdiabad qəsəbəsi Əfqanıstana oxşayır: hər yer tör-töküntü, çirkab, palçıq, yağış suları dizə qədər…
40 min insanın acınacaqlı şəraiti Gülməmmədovanı narahat etmir. Bu qəsəbənin adı Mehdiabad olsa da, yollarının vəziyyəti ona Mehdibərbad deməyə imkan verir.
Qəsəbənin “Üzümçü” (Qaz idarəsi deyilən ərazi) küçəsində vəziyyət acınacaqlıdır. Küçədə vaxtı ilə normal asfalt örtüyü olub.
Ancaq 2012-ci ildə qaz və su xətlərinin çəkilməsi ilə əlaqədar yollar qazılıb və bərbad hala düşüb.
Hazırda bu ərazidən nəinki avtomobillə, hətta piyada keçmək mümkünsüz olub. Təkcə Mehdiabaddırmı? - gəlin Xırdalana ekskursiya edək.
Evyıxma bandası və rüşvət çetesi
Anaxeber.Az yazır ki, onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.
Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.
Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər.
Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir. Başçının Elmir, Fuad və digər bu kimi şəxslərdən ibarət evyıxan dəstəsinə “dur” deyən yoxdur.
Rayon ərazisində yerləşən pay torpaqlarda icra başçısının təyin etdiyi qiymətlərlə satışa çıxarılıb satılmaqdadır.
Qəribə də olsa icra başçısı yuxarılara üz tutan şikayətçilərin istəklərini gözündə qoymağa davam edir.
Mehdiabad və Xırdalandan keçib Masazıra da diqqət edək. Məlumata görə “Turan Abadlıq” Məhdud Msuliyyətli Cəmiyyətinə (MMC) məxsus rəsmi pul qəbzləri vasitəsilə əhalidən “zibil pulu” yığılır.
Sakinlərə də birmənalı olaraq bildirilir ki, bu işin başında şəxsən icra başçısı dayanır və yerli bələdiyyəyə heç bir aidiyyatı yoxdur.
Biznes obyektləri - Siyahı
Mediada yayılan məlumatlar arasında o da var ki, icra başçısı İradə Gülməmmədovun qardaşı İlhamın vətəndaşlara böyük məbləğdə pul atdığı söylənilir.
Bu sahədə o Xırdalan şəhərində xüsusi ad çıxardığı da verilən məlumatlar sırasıdadır.
Belə ki, "Titanik" adlı böyük bir obyektin sahibi İlham guya bacısının (İradənin) əli ilə kimlərəsə iş düzəltmək adı ilə əhalidən küllü miqdarda pul alaraq atmaqla məşquldur.
Bu səbəbdən də aldadılan vətəndaşlar günlərlə Abşeron icra hakimiyyətində get-gələ düşüb. Bu baxımdan getdikcə varlanan İradə Gülməmmədova Abşeronda çoxlu irili-xırdalı obyekt sahibidir.
Bunlardan ən məşhurları Xırdalan şəhərində yerləşən "Titanik” adlı restoranın alt hisəsindəki şərab evi, Mehdiabad-Fatmayi yolunun üzərindəki "Palma” supermarketi, eyni adlı restoran və digərləri.
Həmçinin Novxanı kəndində yerləşən "ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı və "Vorovski” adlanan ərazidə "Zümrüd” klinikasının yanındakı şərab evinin də sahibidir. O, Goradildə dəniz sahili əraziləri ələ keçirərək özəlləşdirib.
Çovdarova rüşvət verən “kassir” müavin
Onu da yada salaq ki, İ.Gülməmmədovanın hazırda əsas gəlir mənbələrdən biri torpaq satışındandır və bu işi müavini Fuad Cəbrayılova həvalə edib.
F.Cəbrayılov vaxtilə Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsi müdirinin müavini işləyərkən yüzlərlə saxta sənədlər düzələdərək vətəndaşlara qanunsuz “kupça” verilməsi əməliyyatına rəhbərlik edərək külli-miqdarda pul qazanıb. Bundan başqa saxta sənədlərlə Abşeron rayonu ərazisində xeyli sayda obyektlər ələ keçirib.
Məlumata görə, Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyi də qarışıb.
Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyester Xidmətinin Abşeron Şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov həbs edilib.
Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyester Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.
İddiaya görə, Fuad Cəbrayılov azadlığa çıxması üçün MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qaynatası vasitəsilə külli-miqdarda rüşvət verib.
Amma Arif Qaraşov Dövlət Reyester Xidmətinin rəisi vəzifəsindən çıxarıldıqdan sonra Fuad Cəbrayılov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən xidmətdən qovulub.
Bir müddət qayınatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılovun sonra məhz qayınatasının köməkliyilə Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəldiyi deyilir.
İ.Gülməmmədova icra başçısı təyin olunduqdan sonra isə onu özünə müavin təyin edib və faktiki olaraq “qara kassiri” rolunu oynadığı bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...