UNESCO Baş Konfransının Parisdə keçirilən 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edib
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, UNESCO-nun İcra Şurası tərəfindən təqdim edilən yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb. Azərbaycan tərəfindən bu siyahıya bəstəkar Qara Qarayevin və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub. Baş Konfrans tərəfindən təkliflər qəbul edilib. 2018-ci ildə bəstəkar Qara Qarayevin və 2019-cu ildə Bakı Dövlət Universitetinin UNESCO-nun dəstəyi ilə Parisdə 100 illik yubileyləri qeyd olunacaq.
Bundan başqa, Azərbaycan İran İslam Respublikasının irəli sürdüyü Şərqin böyük şair və filosofu, Azərbaycan əsilli Şihabəddin Yəhya Sührəvərdinin yaradıcılığa başlamasının 850 illik yubileyinin qeyd edilməsi təklifinə qoşulub.
MilliYol.Az
Digər xəbərlər
loading...