Komitə sədri hakim elita yanındakı etimadını itirib; Yuxarı dairələrin tapşırığı ilə onunla bağlı müəyyən gizli araşdırmalar aparılır
Prezident İlham Əliyevin bir müddət əvvəl imzaladığı "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman özəlləşdirmənin yeniəqaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən etdi. Bundan sonra
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi dövlət başçısının qərarları ilə həyata keçiriləcək.
Xatırladaq ki, bundan əvvələözəlləşdirmə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə 10 Avqust 2000-ci il tarixli fərmanla müvafiq olaraq müvafiq icra hakimiyyəti - əvvəlcə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi.
Maraqlıdır, görəsən, dövlət başçısı niyə yeni fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovu "oyundankənar" vəziyətdə qoydu? Bu məsələdə Kərəm Həsənova olan etimadın zəifləməsi və yaxud özələşdirmə prosesində yol verilən qanun pozuntuları, rüşvət, korrupsiya, qrup oyunları və s. təsirlər varmı?
Bu və ya digər məsələlərlə bağlı "Reytinq"ə maraqlı məlumatlar verilib. Məlumata görə, bu vaxta qədər dövlət əmlakı 2000-ci il 10 Avqustətarixində təsdiqlənmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq icra edilib. Eyni zamanda 1996-cı ildən ümumilikdə 46759 kiçik dövlət müəssisəsi və obyekt özəlləşdirilib. Həmin ildən etibarən dövlət müəssisəsi bazasında 1604 səhmdar cəmiyyət yaradılıb, 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə dövlətsizləşdirilib.
Son 5 ildə dövlət əmlakının özəlləşdirilməsində o qədər də fəallıq nəzərə çarpmırdı. Neft gəlirlərinin yüksək həddə olması hökumət üçün daha geniş özəlləşdirmə prosesinə start verilməsini aktual məsələlər sırasından çıxarmışdı.
2014-cü ilin oktyabrından başlayaraq, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin davamlı xarakter alması və 2015-ci ildə Azərbaycanın neft gəlirlərinin kəskin azalması yenidən əlavə vəsaitlərin cəlbolunma qaynağı kimi geniş özəlləşdirmə proqramını aktuallaşdırdı. Bu səbəbdən də bu ilin yanvar ayının 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması barədə tapşırıq verdi.
"Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var",- deyən İlham Əliyev bildirdi ki, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir: "Bu proqram tam şəffaf keçirilməli, beynəlxalq ekspertlər də bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək".
Diqqətçəkən məqamlardan biri də odur ki, hələ yeni özəlləşdirmə proqramının detalları ilə bağlı ictimaiyyətə məlumat verilməyib.
Prezidentin son fərmanı və özəlləşdirmə prosedurlarının dəyişdirilməsi yaxın vaxtlarda real olaraq geniş özəlləşdirməyə başlanacağını söyləməyə əsas verir. İstisna deyil ki, indiyə qədər qorunan bir çox dövlət müəssisələriədə özəlləşdiriləcək. Hətta "Azərsu" ASC, "Azərişıq" ASC, "Azəriqaz" İstehsalat Birliyi,ədövlət nəzarətində olan digər böyük səhmdar cəmiyyətlərin, böyük səhiyyə, emal, nəqliyyat, xidmət müəssisələrinin, zavodların daəözəlləşdiriləcəyi istisna edilmir.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatlarından aydın olur ki, hazırda Azərbaycanda 6220-dən çox səhmdar cəmiyyət, dövlət müəssisəsi və təşkilatı var.
İqtisadiyyat Nazirliyinin məlumatına görə isə, 2016-cı ilin 1 Yanvar tarixinə kimi qeydiyyata alınmış 100 325 hüquqi şəxsin 10646-sı dövlət mülkiyyətinə, 87985-i xüsusi mülkiyyətə (onlardan 5781-i tam xarici investisiyalı, 1850-si birgə müəssisə), 1694-ü isə bələdiyyə mülkiyyətinə mənsub olub.
Göründüyü kimi, geniş özəlləşdirmə üçün çox böyük potensial var. Şübhəsiz ki, böyük özəlləşdirmə mütləq və mütləq siyasət, siyasi qərarların verilməsi deməkdir. Qarşıdakı bu prosesin hansı formada keçiriləcəyi, bölgü və mülkiyyətçilərin müəyyənləşməsi fövqəladə dərəcədə vacibdir. Təbii ki, bu cür vacib məsələlər,əprosesin texniki tərəfdən aparılması Kərəm Həsənova etibar edilə bilməzdi. Yaxud K.Həsənov prosesi kənar müdaxilələrsiz aparmaq gücündə olmazdı. Böyük özəlləşdirmə ilə bağlıəqərarların birbaşa dövlət başçısı tərəfindən verilməsi isə hakim komanda, xarici investorlar üçün də aydın siqnal sayıla bilər. Yəni, bütün maraqlı tərəflərə mesaj verildi ki, bu məsələdə əsas arbitr və qarant dövlət başçısı özü olacaq və prosesə şəxsən nəzarət edəcək. Hələlik ilk görünən və ağlabatan versiya bu olsa da, ehtimal ki, Kərəm Həsənovun prosesdən kənarda saxlanılmasında digər mühüm faktorlar da var.
Məlumatlı şəxsin iddiasına görə, ləğv edilən MTN-nin sabiq rəhbərliyinin qanunsuz əməlləri barədə indiyədək yazılanlardan da görünür ki, komitə sədri Kərəm Həsənov Eldar Mahmudovun məlum şəbəkəsi ilə yaxın olub.
Məlumatda bildirilir ki, Kərəm Həsənovun sabiq MTN rəhbərinin şəbəkəsiylə əlbir olması və qanunsuz həbslərin həyata keçirilməsi, hətta mətbuatda barəsində dərc olunan kompromatların daxildən kim tərəfindən necə sızdırılmasını dəqiqləşdirmək üçün o, Eldar Mahmudovun və onun hazırda həbsdə olan generallarının "xidmət"indən yararlanıb.
"Kərəm Həsənovun bu cinayətkar şəbəkə ilə işbirliyi o qədər dərin olub ki, o, hətta DYP sistemində işləyən qohumlarını da MTN-də vəzifəyə təyin etdirə bilib. Qayınatasının, eləcə də qardaşı Şahin Həsənovun MTN-də necə və kimin təqdimatı ilə işə götürülmələrini araşdırmaq bu fikri daha da qüvvətləndirir. Kərəm Həsənovun böyük özəlləşdirmə prosesindən kənarda saxlanılmasının əsas səbəblərinə bu faktorlar da daxildir", deyən mənbəmiz qeyd edib ki, MTN generallarının həbs edildiyi ərəfələrdə, daha dəqiqi, son özəlləşdirmə fərmanına qədər səksəkədə olan K.Həsənov bu müddət ərzində mediadan qorunmaq üçün "ağıllı taktika"ya əl atıb. Bununla da, o, deputat qardaşı Malik Həsənovun vasitəsiylə Milli Məclisin media cameəsində hörmət sahibi olan deputatlarından birinin xahiş-minnətləri ilə son 6-7 ayda adının "MTN işi"ylə birgə hallandırılmasını ciddi şəkildə önləyə bilib. Məlumatda qeyd edilir ki, K.Həsənov bununla özünü hakimiyyətdaxili qrupların diqqətindən yayındıra bilsə də, təhlükədən tam sovuşa bilməyib.
Mənbəmiz iddia edir ki, Kərəm Həsənovun məşəqqətli günləri qabaqdadır. Hətta onunla bağlı, yuxarı dairələrin tapşırığı ilə müəyyən gizli araşdırmaların aparıldığı da səslənən iddialar sırasındadır. Yəni, K.Həsənov həmin dairələrin yanında olan hörmətini itirib və artıq ona qarşı ciddi şübhələr yaranıb.
MilliYol.Az
Digər xəbərlər
loading...