“Bir neçə gün öncə Londonun Kensinqton rayonunda yerləşən binada Rusiyanın Böyük Britaniyadakı yaxın dostlarınıın daxil olduğu qrupun tədbiri keçrilib. Toplantının qonağı qismində Kembric universitetinin professoru Nil Kent dəvət edilib. Bu alim universitetdə kəşfiyyat üzrə seminarların aparılması üzrə ixtisaslaşıb. Onun seminarlarına isə kəşfiyyat dünyasının ən iri fiqurları baş çəkib. Lakin Nil Kentin keçirdiyi tədbirlərin Kremlə bağlantılı olmasının aşkar edilməsindən sonra o, universiteti tərk etməli olub”
“The Sunday Times” qəzetinin əməkdaşı Endryu Cilliqanın Böyük Britaniya siyasi sisteminin Rusiya ilə əlaqələrini üzə çıxaran məqaləsi məhz belə müəmmalı girişlə başlayır.
Müəllif keçən həftənin 4-cü günü Rusiyameylli siyasət və iş adamlarının daha bir tədbirinin baş tutduğunu yazır. Bu tədbir “Rusiya Vestminster forumu” adlanır. Forum, arasında Böyük Britaniya parlamantinin deputatlarının olduğu “Rusiyanın mühafizəkar dostları” adlı başqa bir təşkilatın varisi kimi çıxış edir.
“Artıq “Rusiya Vestmister forumu”nda deputat yoxdur. Lakin burada hər kəsin marağına səbəb olan şəxslər cəmlənib. Həmin adamlar isə Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün dəridən-qabıqdan çıxan iri və nüfuzlu siyasi fiqurlardır”, - müəllif yazır.
Forumun direktoru və “Breksit” üçün aparılan “Çıxış üçün səs ver” adlı kampaniyanın komitə sədri olmuş Endryu Barrandır. Forumun siyasi direktoru Morqan Brobin isə “Çıxış üçün səs ver”in Uelsdəki rəhbəri olub.
Forumun kommerisya direktoru Naycel Sassmen Birləşmiş Krallıq Müstəqillik partiyasının (UKİP) üzvüdür. Bu adam mart ayında işğal altındakı Krıma səyahət edib və “bədxahların dediklərinin əksinə olaraq” Rusiyanı “demokratik ölkə” adlandırıb.
Jurnalist Rusiya ilə Trampın qərargahı arasında bağlantıların Böyük Britaniyaya qədər uzandığını da yazır. 2016-cı ilin aprel ayında Londondakı otellərdən birində Trampın yaxın adamı Corc Papadopulosla Rusiya hökuməti ilə sıx əlaəqləri olan bir şəxsin görüşü keçirilib.
Həmin görüşdə Papadopulosa Hillari Klinton haqqında kompromatı özündə birləşdirən minlərlə sənəd təklif edilir.
Məqalədə o şəxsin adı da açıqlanıb. Bu Şotlandiyanın Sterlinq universitetində dərs deyən maltalı alim Cosef Mifsaddır.
Yazıda Hillari Klintonu qaralayan sənədlərin yayılmasında birbaşa əli olan digər mənbənin, Culian Assancın da Londonda yaşadığına diqqət çəkilir.
Bundan başqa, D.Trampın seçki qərargahına çalışan “Cambridge Analytica” informasiya analitik şirkətin ofisi də Böyük Britaniyanın paytaxtında yerləşir.
Londonda yaşayan biznesmen Erron Benks isə “AB-dən çıx” adı altında aparılan kampnaiyaya görə hardan gəldiyi bilinməyən 8 milyon funt sterlinq alıb.
Benksin əməlləri parlamentin üzvlərinin də diqqətini cəlb edib. Leyborist partiyasından deputat Ben Bredşou Erron Benksin əsl sponsorunun Kreml olub-olmadığı barədə məsələ qaldırıb.
Bundan başqa, Erron Beksin Katya adlı arvadının rus olduğu ortaya çıxıb. Üstəilk, bu qadının atasının Rusiyada hökumət məmuru olduğu bilinir. Maraqlıdır ki, Erron Benks əsl adı və soyadı Yekaterina Paderina olan bu xanımın ilk ingilis həyat yoldaşı deyil. Onun birinci əri Böyük Britaniya polisinin xüsusi şöbəsinin əməkdaşları tərəfindən artıq dindirilib. Onlar Paderinanın hansı yollarla Böyük Britaniyaya viza alaraq yerləşdiyi ilə maraqlanırlar.
Məqalədə Kremlin “Breksit”in maliyyələşdirilməsi, habelə Böyük Britaniyanın parçalanması üçün çirkli pulların yuyulmasında istifadə olunan mexanizmlərdən yararlandığı qeyd olunub.
Belə ki, Qlazqoda fəaliyyət göstərən “Konstitusiya araşdırmaları şurası” (CRC) adlı kölgə təşkilat Şimalii İrlandiya Demokrat partiyasının hesabına 425 min funt ianə bağışlayıb. Bu partiya Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibindən ayrılması üçün çalışır.
“CRC pulun hardan gəldiyini söyləməkdən imtina edir. Kremlin diqqətində olan hədəflərədən biri də Şotlandiyadır. Təsadüfi deyil ki, Rusiyanın qara təbliğat maşını “Sputnik” Böyük Britaniyadakı qərargahını Londonda deyil Edinburqda qurub”, - yazıda bildirlir.
Yazıda London şəhər univeristetinin Twitter-də “Breksit” üçün aktiv kampaniya aparan 13500 saxta hesabın referendumdan sonra dərhal yox olduğunu aşkar etdiyi qeyd olunur. Onlardan 2700-nün Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Trollar fabrikası”ndan gəldiyi qəti surətdə təsbit olunub.
“Əgər London Kremlin Qərbə qarşı apardığı qara əməliyyatlarının mərkəzinə çevrilibsə, bunun bir səbəbi var. Son illər ərzində Böyük Britaniya böyük məmnuniyyətlə Rusiyanın pullarını qəbul etməklə məşğul olub”, - müəllif yekunda qeyd edir.
MilliYol.Az
Digər xəbərlər
loading...