Terror hadisələrinə baxmayaraq turist niyə Türkiyəni seçir, amma Azərbaycanı yox?
MilliYol.Az xəbər verir ki, REAL İdarə Heyətinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli terror təhülkəsinə baxmayaraq, türistlərin Türkiyəyə axın etmələrini, Azərbaycana isə niyə gəlməmələrinin səbəblərin yazıb.
Həmin yazını təqdim edirik:
Türistlərin Türkiyəni, İstanbulu seçmələrinin əsas səsbəbləri bunlardır!
1)Möhtəşəm tarix,
2) Gözəl servis,
3) Viza yox,
4) Rəqabətli mühit olduğuna göre ucuzluq,
5) Maraqlı əyləncələr.
Bəs, sakitliyə, manatın 2 dəfə ucuzlaşmasına, hər il bir oyun çıxartmağımıza baxmayaraq turist niyə Azərbaycanı, Bakını seçmir?
1) Olan qalan tarix məhv edilir, "qlamur" və süni şəhər-ölkə yaradılmağa çalışılır ki, bu da cəlbedici deyil. Turist üçün maraqlı tarixi marşrutlar yox dərəcəsindədir.
2) Servis yaxşı deyil, çünki rəqabətli mühit yoxdur, servisin simvolu hər obyektə çalışanları "qaqaş" deyib çağırmaqdır.
3) Müstəqil Dövlətlər Birliyindən (MDB) başqa hamıya viza tədbiq etmişik. Turist üçün vizasız gediş-gəliş ilk 3 şərtlərdən biridir.
4) Dollarla ve avro ilə gelen turistlər üçün manatla xərcləmək sərfəli olub, burası doğdudur, amma qiymətlər, xüsusən otellərdə çox bahadır, restoranlarda, kafelərdə qiymətlər Tiflisə və Türkiyəyə görə yüksəkdir, bizim bölgədə esas turizm rəqiblərimiz isə məhz bu 2 ölkədir.
5) Bakıda necə əylənmək olar? Ancaq lüləkabab yeyib, üstündən samovar çayı içməklə? Regionlarda isə ümumiyyətlə axşam saat 21:00-dan sonra həyat sönür - konsert yox, kino yox, teatr yox, bar yox, diskoteka yox. Turist, məsələn, Kürdəmirə, ve ya Qazağa niyə getsin?! Bakıda isə gecə həyatı ancaq şəhərin mərkəzində bəzi masaj salonu və barlardan ibarətdir, turisti cəlb edən nə var bu mənada?!
Deyəcəksiniz ki, bunları 100 dəfə demişəm, olsun, lap 1000 dəfə də təkrar etmək lazımdır ki, sovet turist anlayışı ilə yaşayan məmurlarımıza nəsə çatsın. Onlar o zaman SSRİ-yə gələn hər xarici vətəndaşda potensial cəsus görürdülər, hələ də o havadadırlar...
P.S. Dünən gecə Bakıya döndüm, uçaq şəhərə yaxınlaşanda Azerbaycan və İngilis dillərində anons yaydılar: Ölkəyə gələn əcnəbi vətəndaşlar 10 gün ərzində mütləq miqrasiya xidmətində qeydiyyata durmalıdırlar, əks halda bir sürü təhdid. Bunu eşidən əcnəbi bir də ölkəyə gələrmi?!
MilliYol.Az
Digər xəbərlər
loading...