“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində olduğu kimi, İsrail-Fələstin münaqişəsinin də yeganə həll yolu sülhdür”
Bunu AzVision.az-a İsrailin Azərbaycandakı səfiri Dan Stav bildirib. Səfirin sözlərinə görə, münaqişənin həlli üçün hər iki tərəf danışıqlara başlamalıdır:
“Hərbi addımların münaqişələrə xeyri olmayacaq. Buna nail olmaq üçün hər iki tərəfin nəticəyə hesablanan danışıqlar istəyi vacibdir. Təəssüflər olsun ki, Fələstin İsraillə danışmaq əvəzinə dünya birliyinin İsrailə təzyiq göstərməsində maraqlıdır. Əgər sən münaqişəni həll etmək istəyirsənsə, Cenevrə, Nyu-York, Çin, Parisə getməməlisən. Bunun əvəzində qeyd-şərtsiz danışıqlar masasına oturmalısan. Axı, biz Yaxın Şərqdəyik və bu problemi özümüz həll etməliyik. Gəlin, birlikdə oturaq, birlikdə gündəliyi və hər iki tərəfin qəbul edəcəyi razılaşmanı tapaq. Bu, yeganə yoldur”.
MilliYol.Az
Digər xəbərlər
loading...