Ramin Hüseyn Abadian
“Mehr News” (İran)
Bin Səlmanın əmri ilə korrupsiya ittihamı əsasında bir qrup şəxs həbs edilib. Antikorrupsiya tədbirləri çərçivəsində həbs olunanların sayı 40 nəfəri ötüb.
Saxlanılanlar arasında ən tanınmış şəxslər Mutab bin Abdullah (Səudiyyə Ərəbistanının sabiq kralının oğlu və Milli Qvardiyanın keçmiş naziri) və Vəlid bin Təlal – milyarder-şahzadədir.
Onlardan başqa Xalid Tuvayciri (Kral Məhkəməsinin sabiq sədri), Bəkir bin Laden (“Bin Laden Holdinq”in prezidenti), şahzadə Fəhd bin Abdullah (müdafiə nazirinin sabiq müavini), Şeyx Vəlid əl-İbrahimi (“MBC media”nın sahibi), Məhəmməd Altbaşi (Kral dəftərxanasının sabiq rəhbəri), Xalid əl-Mulhim, İbrahim əl-Assaf (krallığının sabiq maliyyə naziri), Turki bin Abdullah bin Əbdüləziz (Riyadın keçmiş əmiri), şahzadə Turki bin Nasir bin Əbdüləziz və digərləri var…
Belə anlaşılır ki, Məhəmməd bin Salman Ərəbistanda korrupsiyaya qarşı mübarizə adı altında potensial rəqibləri ilə çarpışır. Digər tərəfdən, Məhəmməd bin Salman iqtidarına əngəl ola biləcək şahzadələr və keçmiş nazirlərdən ibarət sütunları dağıtmaqla, korrupsiya ittihamı bəhanəsi ilə onların əmlakı və astronomik öz şəxsi hesablarına yiyələnmək istəyir.
Bin Salman özü-özlüyündə bilir ki, avtoritar Səud Evinin iqtidarda olduğu təxminən bir əsrlik dövrdə Səudiyyə Ərəbistanında maliyyə və inzibati korrupsiya endemik şəkil alıb.
De-fakto Məhəmməd bin Salman ölkədə yeni bir impuls yaradıb. İş ondadır ki, o və atası kral Salman yollarını kəsən maneələrin aradan qaldırılması və gənc vəliəhd-şahzadənin gələcəkdə hakimiyyətə gəlişinə sədlərlə məşğul olmaq qərarına çoxdan gəliblər. Səudiyyədə siyasi-iqtisadi və mədəni sahələrdə islahatları nəzərdə tutan “Vision 2030” sənədini də elə bu baxımdan nəzərdən keçirmək gərəkdir.
Səud Evinin özünə qarşı mübarizəsi uzun bir yol keçib. Hazırkı hadisələrə Ərəb dünyasının təpkisi xüsusi maraq doğurur. Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifə deyib ki, “bu nə İran, nə də Qətərdir!.. Səudiyyə Ərəbistanı korrupsiya ilə mübarizə apararaq problemləri çözür…”
Birləşmiş Əmirliyin xarici işlər naziri Ənvər Qarqaş isə bildirib: “Əbu-Dəbi və ər-Riyadın qoşa addımları eyni məqsədləri daşıyır”…
Bölgədə bir sıra problemlərin mövcud olduğu bir vaxtda məlum koalisiyanın müttəfiq Səudiyyə Ərəbistanına verdiyi dəstək təəccüb doğurmur.
MilliYol.Az
Digər xəbərlər
loading...