«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Livanın Baş naziri Səəd Həririnin öldürüləcəyi təhlükəsi qarşısında istefa verməsi bölgədə vəziyyəti kəskin şəkildə gərginləşdirəcək
Bu barədə İran İslam Respublikası (İİR) Xarici işlər nazirliyi (XİN) bəyanatla çıxış edib.
«Həriri bu qərarı Amerika Birləşmiş Ştatları (ABŞ) və Səudiyyə Ərəbistanının (SƏ) təzyiqi altında qəbul edib» -deyə, İran XİN bildirib.
«Livanda və Yaxın Şərqdə vəziyyəti gərginləşdirmək məqsədinə hesablanmış bu addıma Həririni ABŞ Prezidenti Donald Trampın administrasiyası və Səudiyyə şahzadəsi Mühəmməd ben Salman təhrik edib» – deyə, İran xarici işlər nazirinin köməkçisi Hüseyn Şeyxülislam bəyan edib.
Livanın Prezidenti, istefası barədə xahişnaməni rəsmi qaydada qəbul etmək üçün Həririni Beyrutda gözləyir. Bu barədə dövlət başçısının mətbuat xidməti xəbər verib: «Prezident hökumət başçısını bu addıma sövq edən vəziyyəti öyrənmək istəyir».
Hazırda Həriri Səudiyyə Ərəbistanındadır.
MilliYol.Az
Digər xəbərlər
loading...