Transanadolu boru kəmərinin (TANAP) dəyəri 7,9 milyard dollar təşkil edir
“Trend”in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O qeyd edib ki, qaz kəmərinin tikintisi üzrə işlərin 93 faizi yekunlaşıb: "Layihənin dəyəri 7,9 milyard dollar təşkil edir. Ümumilikdə tikinti işləri çərçivəsində 3,8 milyard dollar qənaət edilib".
S.Düzyol bildirib ki, TANAP-ın inşası çərçivəsində indiyədək 3,65 milyard dollar dəyərində kredit sazişləri imzalanıb:
"2018-ci ilin əvvəlində Türkiyə-Gürcüstan sərhədində boru kəmərinin sınaqdan keçirilməsi prosesinə başlanacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...