Plastik əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı model Leyla Oruclunun ölümündə təqsirləndirilən plastik-cərrah Sirus Qoçqani media nümayəndələri ilə görüşüb
Axşam.az-ın məlumatına görə, tədbirdə ilk olaraq həkimin vəkili Türkər Süleymanlı çıxış edib. T.Süleymanlı Qoçqaninin modelin ölümündə heç bir günahı olmadığını deyib:
“Bir ildir Sirus Qoçqanı barəsində müxtəlif məlumatlar yayıldı. Onun adı cinayət işində hallandırıldı. Bütün bunlar Leyla adlı gənc modelin vaxtsız ölümündən qaynaqlanıb. Bu ölüm xronoloji olaraq əməliyyat bitdikdən bir qədər sonra baş verib. Lakin bəzi insanlar bundan Sirus Qoçqaniyə qarşı "qara piar" kimi istifadə etdilər. Leylanın anası Sevinc Alfmanlı və onun atalığı şikayət etdilər. Bəziləri Sirusun hansısa məqsədlə gəlib, Leylanı əməliyyat etdiyini deyir. Həkim uzun müddətdir Azərbaycanda yaşayır və fəaliyyət göstərir. Sirus həkimin fəaliyyətində indiyə kimi bir problem olmayıb. Hər bir plastik-cərrahla xəstə arasında razılaşma olub. Əməliyyat zamanı nələrsə dəyişə bilər. İnsan orqanizmidir, hər şey ola bilər. Amma peşəkar həkim qanuna əsasən iş görməlidir. Sirus Qoçqani də daim belə işləyib işini görüb. Leylanın yaxınlarının acısını başa düşürük. Amma buna görə onların başqasına qara yaxmaq haqqı yoxdur. Bundan başqa, iddia olunur ki, həkim farsdır, azərbaycanlı deyil. Bunlar yanlış fikirlərdir. Sirus Qoçqanı əslən cənubi azərbaycanlıdır".
Sirus Qoçqani fəalliyəti haqda məlumat verib:
"İlk ali təhsilimi İranın Tehran şəhərində yerləşən Tibb Universitetində almışam. Daha sonra Almaniyada ixtisas artırma kurslarında iştirak etmişəm. 2002-2008-ci illərdə İranda iki klinikam olub, orada çalışırdım. 2007-ci ildə fəalliyyətimi Azərbaycanda davam etdirməklə bağlı təklif gəldi. 2007-ci ildə Bakıdakı klinikaların birində baş həkim kimi fəaliyyətə başladım. 8 il ərzində tam yeni estetik əməliyyatları yerinə yetirmişəm. Klinika ilə birgə Azərbaycana bir çox avadanlıqlar gətirmişik. 2002–ci ildə İranda lazer aparatlarını ilk mən tanıtdırdım. 100-ə yaxın plastik-dermatoloqa işi öyrətmişəm. Mənim pasientlərimin 20 faizi xaricdəndir".
MilliYol.Az
Digər xəbərlər
loading...