ABŞ prezidenti Donald Tramp “Twitter”dəki səhifəsinin qısa müddətə blok olunmasına münasibət bildirib
İKT.lent.az-ın xəbərinə görə, D. Tramp bu barədə “tvit” yazıb. “Mənim “Twitter” səhifəm qiyamçı əməkdaş tərəfindən 11 dəqiqəlik bağlanıb. Görünür, müraciətlər nəhayət ki, insanlara çatır və öz təsirini göstərir”, - deyə o, bildirib.
Bir çox istifadəçi “tvit”in ikinci cümləsini anlamaqda çətinlik çəkib. Söhbətin hansı müraciətdən getdiyi məlum olmur.
Xatırladaq ki, D. Trampın “Twitter” səhifəsi noyabrın 2-də 11 dəqiqə bağlı qalıb. Şirkət əvvəlcə hadisəyə görə üzr istəyərək bunun bir əməkdaşın səhvi ucbatından baş verdiyini bildirib. Daha sonra şirkət növbəti açıqlamasında bu hərəkəti işdən azad edilən əməkdaşın son iş günündə etdiyini diqqətə çatdırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...