Türkiyəli aktrisa Neslihan Atagül Bakıya gəlib
Axşam.az-ın məlumatına görə, aktrisa bu gün media nümayəndələri ilə görüşüb.
Neslihan ilk olaraq paytaxtımızla bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, Bakını çox sevib:
“Bura çox gözəl və təmiz yerdir. Fikirləşirəm ki, niyə mən bundan əvvəl bura gəlməmişəm. Sosial şəbəkədə mənə Azərbaycandan çox yazanlar var idi. Burada sevildiyimi bilirdim. İndi isə bunun şahidi oldum”.
Neslihan həyat yoldaşı, aktyor Kadir Doğuludan da danışıb:
“İkimiz də film sahəsində çalışırıq. Ona görə də bir-birimizi başa düşürük. Heç mübahisə etmirik. Toyumuzdan bir həftə sonra çəkilişlərə qaçdım. İndi heç bir dəvəti qəbul etmirəm. Ailəmə vaxt ayırmaq istəyirəm. Bir müddət özümlə məşğul olacam, dincələcəm.
Hələ ki, uşaqla bağlı planımız yoxdur. Amma qismət, Allah nə vaxt məsləhət bilsə, olacaq”.
Atagül gözəllik sirrini də açıqlayıb. O deyib ki, formada qalmaq üçün çoxlu yatır və su içir:
“Dostlarım həmişə təəccüblənir ki, necə enerjili birisən. Səhər saat 5-də yatsam da, tez oyanıb çəkiliş məkanına yüksək əhvalla gedirəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...