Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət dairəsini və coğrafiyasını daha da genişləndirən “Kütləvi çıxarış” kampaniyası 3 noyabr tarixində Şəmkir rayonunun sakinlərinə xidmət göstərib
“Qafqazinfo” xəbər verir ki, kampaniya rayonun bir neçə kəndini əhatə edib. Bu sosial tədbir nəticəsində 50-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.
Kampaniya zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər hüquq təsdiq edən sənədlər kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...