18 il əvvəl Ermənistan parlamentində baş verən terror aktının əsas iştirakçılarından biri olan Eduard Qriqoryan ölüb
RİA Novosti bildirir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Cinayət-icraat idarəsi mətbuat xidmətinin rəhbəri Qor Qleçyan məlumat verib.
O bildirib ki, E. Qriqoryanın ürəyində güclü ağrılar olub. O, təcili tibbi yardımla “Erebuni” tibb məntəqəsinə çatdırılıb və orada ölüb. Ölümün səbəbi məhkəmə tibbi ekspertizasından sonra məlum olacaq.
Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də bir qrup şəxs Ermənistan parlamentinə daxil olaraq iclasda iştirak edən deputatlara atəş açıb.
Nəticədə Ermənistan baş nazirinin müavini Vazqen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, nazir Leonard Petrosyan, parlamentin deputatları Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan ölüb. (virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...