Venesuela prezidenti Nikolas Maduro hökumətin borclarını ödəməyəcəyini və xarici borclara yenidən baxılacağını bildirib
Avropa.info xəbər verir ki, dövlət televiziyasına müsahibə verən Venesuela prezidenti hökumətin artıq borcları ödəmək iqtidarında olmadığını deyib.
O, açıqlamanı dövlət neft şirkəti PDVSA-nın 1,1 milyard dollar kredit ödəməsindən sonra verib.
Mərkəzi Bankında sadəcə 10 milyard dolları qalan Venesuela borcları üzündən humanitar böhranla üz-üzə qalıb. Ölkədə artan inflyasiya faizləri və səhv kənd təsərrüfatı nəticəsində ərzaq qıtlığı yaşanır.
Maduro hökumətinin borcların restrukturizasiyası üçün kredit verən ölkələrlə yenidən masaya oturması gözlənilir.
Venesuela borclarını ödəyə bilmədiyi halda sərmayə qoyan tərəflər ölkənin neftini ələ keçirə bilərlər.
“Capital Economics” şirkətinin hesablamasına görə, Venesuelanın bir hissəsi dollarla olmaqla 65 milyard borcu var.
MilliYol.Az
Digər xəbərlər
loading...