Sumqayıtda yerləşən idarələrdən birindən oğurluq edən şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, bir neçə gün əvvəl Sumqayıt şəhərində yerləşən idarələrdən birinə naməlum şəxslər daxil olaraq oradan 1 ədəd televizor, 1 ədəd fotoaparat, 2 kompüter və 2 ədəd noutbuk oğurlayıblar.
Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olan kimi dərhal əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb və müvafiq əl-barmaq izləri götürülüb. İsti izlərlə keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən cinayətin Sumqayıt şəhər sakinləri – Tural Dəmiroğlu, Teymur Mövsümov, İlkin Nağıyev və Rauf Cəfərov tərəfindən törədildiyi müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adları qeyd edilən şəxslər saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırma zamanı dəstə üzvlərinə idarədən oğurluq etmək təklifinin R.Cəfərov tərəfindən verildiyi məlum olub. O, digərlərinə həmin idarədə yerləşən seyfdə külli miqdarda pul olduğunu bildirib.
Saxlanılan şəxslər idarəyə daxil olandan sonra nə qədər çalışsalar da həmin seyfi aça bilməyiblər. Əvəzində isə onlar ofisdə olan qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, saxlanılan zaman T. Dəmiroğlu, T. Mövsümov və İ.Nağıyevin üzərindən ümumilikdə 7 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...