Tanınmış jurnalist Eldəniz Vəliyev ATV-dən ayrılıb. MilliYol.Az xəbər verir ki, bu barədə özü yazıb:
ATV ilə yollarımız ayrıldı. 3 il çalışdığım bu şirkət mənim üçün çox doğma olmuşdu. Amma pis olmadım. Çünki heç bir şeyin daimi olmadığını lap çoxdan anlamışam. Əsas olanı odur ki, vicdanla işlədim, ləyaqətimi hər şeydən və hər kəsdən uca tutdum. Sakit gedirəm, hər zamankı kimi... Yemək yediyim qaba tüpürənlərdən (üzr istəyirəm) deyiləm. Üzərimdə haqqı olanlardan halallıq, bilməyərəkdən incitdiklərimdən (əyər incitmişəmsə) bağışlanmağımı istəyirəm! Var olun!
MilliYol.Az
Digər xəbərlər
loading...