“Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm”
“Hər kəsin arzusu millidə oynamaq və məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Hamının gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımız olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi, futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxyurdum. Etimadınıza görə də təşəkkür edirəm”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov təyinatını şərh edərkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, hələlik köməkçilər barədə danışmaq tezdir: "İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey mərhələli olacaq. "Bir aya, ayyarıma qərar veriləcək.
Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurbanov "Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik. "Atletiko" "Qarabağ"dan güclüdür. Amma onlarla heç-heçə etdik. Və ya biz çempionatda xal itiririk".
Yeni baş məşqçi müqavilə şərtləri barədə danışmaq istəməyib: "Biz bir-birimizə şərt qoymuruq. Buna ehtiyac yoxdur. Bir-birimizə inanaraq, bu yolu gedəcəyik". (report.az)
MilliYol.Az
Digər xəbərlər
loading...