Rusiyanın artıq Avropanın bir parçası olmağı arzulamaması faktdır
Bunu baş vermiş çoxsaylı tarixi proseslərin köməyi ilə əsaslandırmq olar. İndi Qərb Rusiya ilə necə davranmağın düzgün formatını tapmalıdır. Bununla yanaşı daimi izolyasiya və sanksiyalar rejiminin tətbiqi, özündə yeni iki qütblü dünyanın meydana gəlməsi təhlükəsini gizlədir.
Ümumiyyətlə, vəziyyətin belə bir hal almasının səbəbi iqtisadi rifahın təsnifatlandırılması və Şengen zonası ölkələrinə vizasız səyahət edilməsi barəsində Rusiya ilə Avropa arasında on ildən artıq müddət ərzində aparılmış danışıqların uğursuzluqla bitməsidir. Prezidentliyinin birinci müddətində Vladimir Putin hətta NATO-ya daxil olmaq barəsində məsələ də qaldırmışdı. Amma onun bu istəyi alyans tərəfindən ciddi reaksiya ilə qarşılanmadı.
Bunun əksinə olaraq, Rusiyanı xoşagəlməz vəziyyətə saldılar: ABŞ-ın birtərəfli qaydada raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması müqaviləsindən çıxması, NATO-nun genişləndirilməsinin ikinci dalğası, sonra isə Gürcüstan və Ukrayna hesabına alyansın genişləndirlməsinin üçüncü dalğasına edilən cəhdlər bunun bariz nümunəsidir.
Bütün bunlar yalnız ümumi vəziyyətin qısa izahdır. Rusiya Avropanın bir parçasıdırmı sualına təfsilatlı cavabın verilməsi üçün, dərin problemlərə və xarici təsirlərə diqqətli nəzər yetirmək gərəkdir.
Birincisi - Rusiyanın geniş ərazisi var. Bu ərazi 11 saat qurşağına bölünüb, onun Avropa ölkələri ilə sərhədi islam ölkələri ilə olan sərhədindən azdır. Rusiyanın Çin ilə sərhədinin uzunluğu 4200 kilometrdir və bunun üzərinə əlavə olaraq Şimali Koreya ilə olan 17 kilometri də gəlmək lazımdır. Digər tərəfədən isə, Sakit okean Rusiyası da reallıqdır.
İkincisi - Yüzilliklər ərzində Rusiya monqolların, polyakların, isveçlilərin, fransızların və almanların çoxsaylı imperiya ambisiyalarını dəf edib. Bu isə təhlükə hissinin çox kəskin şəkildə qəbul edilməsinə gətirib çıxarıb. Biz Rusiyanın İkinci Dünya Müharibəsində nə qədər insan itkisi ilə üzləşdiyinin tam sayını bilmirik. Bu ilin fevral ayında Rusiyadakı parlament dinləmələrində hətta bu sayın 42 milyon nəfər olduğu da deyilib.
Üçüncüsü - İnkişaf trayektoriyasından asılılıq heç də, sosiloqların hansısa uydurması deyil. Rusiya demokratik ənənə və təcrübələrin olmadığı bir ölkədir. Əslində bunun yoxluğu ruslarda dərin məyusluq hissi yaradıb.
Əlbəttə, mədəni və tarixi irs, coğrafi yaxınlıq, aktiv iqtisadi fəaliyyətlər və ölkənin Avropa hissəsindəki əhalinin sıx yerləşməsi, boru kəmərləri və Qərbin ehtiyaclarını ödəyən digər enerji layihələri hələ bir müddət Rusiyanı Avropanın mədəni və iqtisadi cazibə sahəsində saxlayacaq.
Əgər diqqətlə yanaşsaq, onda bu gün bütün dünya nizamının Avropa mərkəzli olması qəbul edilməlidir. Avropa modelinin cazibədarlığı Rusiya cəmiyyətində öz gücünü hiss ediləcək dərəcədə itirib. Hər bir yeni nəslin özündən əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdə olması barəsində ictimai razılaşma, Rusiyada demək olar ki, tükənib. Amma hər halda texnologiya demokratiyanın dayağı olan orta sinfi cilalayır.
Ərəb baharı və İŞİD ilə birlikdə ”Böyük Yaxın Şərq” kimi fəlakətli bir layihə Avropa şəhərlərində terror aktlarının törənməsinə və qaçqınlar dalğasının əmələ gəlməsinə gətirib çıxarır.
Stalin-Xruşov irsindən qalmış Sovet İttifaqının hüdudları çərçivəsindəki ərazilər soyuq müharibədən sonra ”minalanmış sahə” kimi dəyərləndirilməyə başlandı. Putin dəfələrlə Qərbi xəbərdar edirdi ki, Rusiyanın təmkin nümayiş etdirməsi və həmçinin də, post-kommunist dəyişikləri ilə bağlı olan iğtişaşlardan istifadə etmək yoluyla Rusiyanın təcrid vəziyyətinə salınaraq, məhv olunması dövrü ötüb keçib.
Qərbdə ənənəvi düşüncə tərzindən kənarlaşa bilən və təsəvvür qabiliyyəti kifayət qədər yüksək olan heç bir siyasətçi olmayıb.
Bu yaxınlarda Henri Kissincer maraqlı bir sual verib: ”Özünün daxili və qlobal nizam qaydasında Qərb nöqteyi-nəzəri ilə razılaşması üçün, Rusiyaya qarşı təzyiq göstərilməsi və hətta, lazım gələn hallarda onun cəzalandırılması ən ağıllı yolmu sayılmalıdır?”
Cavab çox sadədir: Bu yeni iğtişaşlara gətirib çıxaracaq. Bir tərəfdə Rusiya, Çin, İran, Şimali Koreya, ola bilər ki, Türkiyə, Misir, Cənubi Afrika. Digər tərəfdə – ABŞ, NATO, Yaponiya, Səudiyyə Ərəbistanı və sairə. Bu yaxınlarda üç müxtəlif ölkəyə – Şimali Koreya, İran və Rusiyaya qarşı tətbiq edilən Amerikan sanksiyaları dünyanı ifadə edilməsi çətin olan qorxulu bir ssenariyaya doğru itəliəyir.
Görəsən, çoxmərkəzli və çoxmədəniyyətli dünyada XXI əsr post-Avropa nizamı necə görünə bilər? Sualın cavabı açıqdır.
Əgər biz bu sualın düzgün cavabı barəsində danışsaq, onda qorxu hissi ilə deyə bilərik ki, vəziyyət uzun müddət bu cür qala bilməz.
(“Der Tagesspiegel”-Almaniya)
MilliYol.Az
Digər xəbərlər
loading...