Özbəkistan prezidenti Şövkət Mirziyayev ABŞ-ın Nyu-York şəhərində oktyabrın 31-də törədilmiş terrorla bağlı bəyanat verib
Novator.az-ın məlumatına görə, dövlət başçısı ölkəsinin 29 yaşlı özbək Seyfulla Saipovun törətdiyi terrorun istintaqına kömək etməyə hazır olduğunu bildirib.
Həmkarı Donald Trampa başsağlığı verən prezident deyib: “Bu qəddar və amansız cinayətə heç bir bəraət vermək mümkün deyil. Biz ekstremizm və terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyirik”.
Seyfulla Saipov oktyabrın 31-də idarə etdiyi kiçik yük maşınını velosipedçilərin və piyadaların üstünə sürüb. Nəticədə 8 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Seyfulla Saipovu polis yaralayaraq tutub.
Terrorun İŞİD təşkilatının adından törədildiyi istisna olunmur.
MilliYol.Az
Digər xəbərlər
loading...