Nyu-Yorkda terror törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı Sayfullo Saipov ABŞ-ın Uber şirkətində taksi sürücüsü işləyib
Oxu.Az-ın məlumatına əsasən, bu barədə "Uber" şirkətinin yaydığı bəyanatda bildirilir.
Qeyd edilir ki, Saipov şirkətdə altı aydan artıq işləyib və bu müddətdə 1400-dən çox sifariş yerinə yetirib. Şirkət Saipovla əməkdaşlığın dayandırılmasının səbəbini açıqlamır.
"Uber"in bəyanatında Saipovun sürücülər üçün olan standart yoxlamadan keçdiyi və adının heç bir cinayət işində hallanmadığı vurğulanır.
Xatırladaq ki, Özbəkistan vətəndaşı Sayfullo Saipov oktyabrın 31-də Nyu-Yorkun Manhetten rayonunda yük maşınını kütlənin üzərinə sürüb. Daha sonra avtomobildən yerə düşərək insanlara atəş açmaqda şübhəli bilinir.
MilliYol.Az
Digər xəbərlər
loading...