Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir.
Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində Türkiyənin Sakarya, Ankara və İzmit şəhərlərində də tədbirlər keçirir.
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirovanın saytımıza verdiyi məlumata görə, ilk tədbir iyunun 28-də Sakarya şəhərində baş tutub. İzmit TADEF basqanı Bilal Dindar və Sakarya Aydınlar Ocağının başqanı Mustafa bəy Cərrahoğlu çıxış edərək ermənilərin tarixən törətdiyi vəhşiliklər barədə ətraflı məlumat veriblər.
İyunun 29-da isə tədbir İzmitdə, Heydər Əliyev adına kültür evində və Ankarda keçirilib. Tədbirin keçirilməsinə Türkiyənin tanınmış ziyalıları da dəstək veriblər. Mustafa bəy Cərrahoğlu, iş adamı, rəssam İlhan bəy İşbaşı, Sevil İşbaşı tədbirin təşkili üçün hər cür dəstək göstəriblər. Tədbirin təşkilində Heydər Əliyev adına kültür evinin başqanı Bilal bəy Dündar da böyük əmək sərf etmişdir. Sonda Bilal bəy Dündar tədbir iştirakçılarını iftar süfərsinə dəvət etmişdir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...