Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) üçün əsas davamlı inkişaf meyarlarından biridir
Bu barədə Gəmiçiliyin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, AXDG gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.
Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, cəmiyyətin həm sahil, həm də dəniz obyektlərində formalaşan 108175.9 ton çirkab məişət-təsərrüfat suyu, 3844.311 ton neftli döşəməaltı su, 63,214 ton yağlı əski, 40,66 ton sintetik propilen buraz kəndir qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi tərkibli məmulat bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.
Həmçinin, 82 ədəd yararsız akkumulyator, 419 ədəd nasaz avtomobil şini, 47,391 ton rezin tullantısı, 154 ədəd yanacaq, 477 ədəd yağ və 244 ədəd hava süzgəcləri, 1,083 ton toner-katric, 272,84 ton keramik qırıntı, 12 ton asbest qalığı, 47,06 ton işlənmiş boya qabı və boya tullantıları, 378,43 ton taxta tullantı, 45,0 ton tibbi tullantı, 123,742 ton şüşə qırığı, 192,745 ton sellüloz tullantısı, 180,318 ton tekstil parça qalığı, 231,564 ton polimer əsaslı və plastmas tullantı, 610,296 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 0,19 ton neft-su qarışığı, habelə 38,48 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...