Rusiya prezidenti Vladimir Putin İranın paytaxtı Tehrana rəsmi səfərə gəlib
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, səfərin məqsədi Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
Bir qədər öncə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının "Şimal-Cənub" nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsini müzakirə edəcəklərini bildirib.
Gündəlikdə həmçinin kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının üçüncü ölkəyə göndərilməsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, eləcədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirəsi dayanır.
MilliYol.Az
Digər xəbərlər
loading...