“Qürurum hər şeydən üstündür. Mənim şərəfimə toxunan hər kəs vəkilim qarşısında cavab verəcək”
Bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan xalq artisti Məleykə Əsədova deyib. O, bildirib ki, bəzi adamlar hər tamaşa qabağı onun qanını qaraldırlar:
“Hər gün yuxudan duran kimi Allaha dua edirəm ki, sevənlərimi və məni xətadan, bəladan, mərdimazardan, şeytan ruhlu insanlardan uzaq eləsin. Təbii ki, bu həyat varsa, belə şeylər olacaq. Kaş ki, olmaya. Əslində mən istəməzdim ki, bu mövzuda danışım. Elə bilirdim ki, burada sənət haqqında danışacağıq. Mən sənətdə varam. Var olan insana daş atarlar. Bu mövzularda danışmaq ruhuma uyğun deyil. Gözəl duyğularla gözəllik haqqında danışıram. Zamanım yoxdur ki, başqasının həyatına müdaxilə edim. Mənfi yazıları oxumuram, hətta ətrafımda olan insanlara da deyirəm ki, mənə bu barədə məlumat verməyin. Heç vaxt lazımsız bir şeyə daş atmazlar. İllərdir mənə qarşı qara piyar edənləri görüb susmuşam. Yenə də bu barədə danışmaq istəmirəm.
Çünki barəmdə şər-böhtan danışan insanlar məhkəməyə verilib. Heç kimə icazə vermərəm ki, ailəm barədə nəsə desin. Çünki sevgi ilə doğulmuş bir ailədə böyümüşəm. Atamla-anamdan daim bir-birlərinə qarşı sevgi görmüşəm. Bu ruhda da qızımı dünyaya gətirmişəm. İndi də sevgimi qızıma verirəm. Heç kimə icazə vermərəm ki, barəmdə artıq-əskik nəsə desin. Səs yazım və icazəm olmadan açıqlamamı yazan jurnalistlər qanun qarşısında cavab verəcək. Bu işlə vəkilim məşğul olur. Buna da məcbur oldum. Çünki 28 ildir ki, səhnədəyəm, daim kimlərsə söz atıb. Kimsə adımı çəkib məşhurlaşır. Yaddan çıxıb deyə, adımı çəkib yada düşmək istəyir”.
MilliYol.Az
Digər xəbərlər
loading...