Rusiyanın Ryazan vilayətində aliment ödənişi üzrə borclu kimi 2012-ci ildən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət idarəsinin mətbuat xidməti məlumat verib.
Sənədlərin yoxlanışı zamanı kişinin Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşadığı müəyyən edilib. Miqrasiya qanunvericiliyini pozan şəxs polis şöbəsinə aparılıb.
Sonrakı araşdırma nəticəsində polis əcnəbi vətəndaşın Azərbaycanın hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə 2012-ci ildən aliment borclusu kimi federal axtarış siyahısında olduğunu aşkar edib.
Adı açıqlanmayan bu şəxs Azərbaycan tərəfinə ekstradisiya olunacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...