Türkiyəni qana bulayan, 42 nəfərin ölümünə, 150 nəfərin ölümünə səbəb olan terror aktını törədən şəxslərin milliyyətləri bəlli olub. anspress-in məlumatına görə, gecə saatlarında onların ilk fotoları da yayaılıb.
Məlumata görə, kamikadzelər tacik əsilli olublar. Onların Atatürk hava limanına giriş zamanı şəkilən fotolarını "Milliyyət" qəzeti əldə edə bilib.
Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin "WhatsApp"yazışması da yayılıb. Bu yazışma hadisədən 5 dəqiqə öncə olub. Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına namaəlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb.
Polis "sənədlərinizi görə bilərəmmi?" deyəndə isə kamikadze qorxuya düşərək atəş açmağa başlayıb.
İlk vurulan da şübhəlini görən polis olub. Polis yaralayan terrorçu xarici xətlər terminalının qarşısına qaçır və özünü patarladır. Həyat yoldaşı ilk övladlarına 6 ayalıq hamilə olan polisin ayıq sayıqlığı onlarla insanı ölümdən xilas edir. Lakin o özü hazırda ölüm qalım savaşı verir.
Bundan sonra digər kamikadzelər də avtomatdan atəş açmağa başlayıblar. Hücumculardan biri polis tərəfindən yaralanıb. Onun yanına gələn polis kamikadzenin üzərində bomba olduğunu görüb. Lakin bombaya ziyan vurmamaq üçün hadisə yerindən uzaqlaşıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...