Yerli mətbuatın məlumatına görə, naməlum şəxsin idarə etdiyi avtomobili velosiped yolundakı insanların üzərinə sürməsi və ətrafdakı adamlara atəş açması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Daha 15 yaralının olduğu bildirilir.
Jurnalistlər qarşısında çıxış edən Nyu-York meri Bill de Blazio insidentin polis tərəfindən terror aktı kimi qiymətləndirildiyini, bu səbəbdən də istintaqı Federal Tədqiqatlar Bürosunun apardığını bildirib.
**
00:53
ABŞ-ın Nyu-York ştatının Manhetten şəhərində atışma baş verib.
Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, bir nəfər kişi Ümumdünya ticarət mərkəzinin və məktəbin yaxınlığında, Traybeka mikrorayonunda maşından əvvəlcə camaata, sonra isə polislərə atəş açıb.
İnsident nəticəsində 6 nəfərin öldüyü və daha 15 nəfərin xəsarət aldığını bildirir.
Yerli polisdən verilən məlumata görə, atəş açan şəxs yaralanıb və saxlanılıb.
Hazırda insidentin səbəbləri araşdırılır.
MilliYol.Az
Digər xəbərlər
loading...