Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti görüşləri keçiriləcək
İkinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.
“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Monako”nu qəbul edəcək. Bu görüşdə heç-heçə belə İstanbul təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanmasını təmin edəcək.
Turun maraqla gözlənilən görüşlərindən biridə “H” qrupunda “Tottenhem” və “Real Madrid” klubları arasında olacaq(azərtac).
Gün ərzində keçiriləcək qarşılaşmalar aşağıdakılardır:
“E” qrupu
“Sevilya” (İspaniya) – “Spartak” (Rusiya)
“Liverpul” (İngiltərə) – “Maribor” (Sloveniya)
“F” qrupu
“Napoli” (İtaliya) – “Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna) – “Feyenoord” (Hollandiya)
“G” qrupu
“Beşiktaş” (Türkiyə) – “Monako” (Fransa)
“Portu” (Portuqaliya) – “Leyptsiq” (Almaniya)
“H” qrupu
“Tottenhem” (İngiltərə) – “Real Madrid” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) – APOEL (Kipr).
MilliYol.Az
Digər xəbərlər
loading...