Nazir Oqtay Şirəliyevin xanım müavini ölkəninin səhiyyə sistemindəki bütün korrupsiyanı idarə edir
Nigar Əliyeva haqqında detallı məlumatlar faktlarla və sübutlarla ortaya çıxarsa, o zaman “MTN işi” belə Oqtay Şirəliyev - Nigar Əliyeva işinin yanında xırda və cılız görünər.
Ölkəninin səhiyyə sistemindəki vəziyyət elə bir həddə çatıb ki, artıq sözün tam anlamında səhiyyədəki vəziyyəti məsuliyyətsizlik sindromu adlandırmaq olar. Çünki baş verənlər, xüsusən də həkimlərin günahı ucbatından insan ölümlərinin sayının artması məhz səhiyyədəki məsuliyyətsizlikdən yaranır. İnsan həyatına dəyər verməyə deyil, soyğunçuluğa və qəssab davranışlarına üstünlük verən həkimlərin sayı isə günü-gündən artmaqdadır. Təbii ki, bu vəziyyəti yaradan ilkin səbəb səhiyyədə baş alıb gedən və bütün səhiyyəni bataqlığına çəkən korrupsiyadır. Məhz korrupsiya həkimlərdə, tibb işçilərində məsuliyyətsizlik yaradır. Elə ona görə də ölkənin səhiyyə sistemində çalışanlar insan həyatını özlərinin biznes şəbəkəsinin alver predmetinə çeviriblər və bunu adi hal kimi qəbul edirlər. Xəstələrini öldürən həkimlərin cəzasız qalmaları isə bu sahədə vəziyyəti daha da qarmaqarışıq hala salıb.
Azfakt.com-un son zamanlar qəssab psixologiyalı həkimlərin əlləri altında ölən xəstələrin artması ilə əlaqədar apardığı araşdırma nəticəsində məlum olub ki, səhiyyədəki problemlərin başında doğurdan korrupsiya, xüsusən də savadsız həkimlərin rüşvət verərək işə qəbul edilmələri dayanır. Savadsız həkimlərin işə alınmasında isə Səhiyyə nazirinin xanım müavini Nigar Əliyevanın dayandığını öyrəndik. Çünki məhz bu xanım müavin Səhiyyə Nazirliyndə işə qəbulu tam öz nəzarəti altında saxlayır və məcburi qaydada hətta kənd xəstəxanalarına belə yeni təyin olunan şəxsdən rüşvət alınmasını tələb edir. Bu barədə AzFakt.com-a qeyri-rəsmi qaydada məlumat verən səhiyyə idarələrindən birinin rəhbəri bildirib ki, onlar hər ay Nigar Əliyevanın qarşısında işə qəbul olunanlarla bağlı “hesab” verirlər. Ona görə də heç kimi pulsuz işə götürülməsi mümkün deyil. Daha çox pulu isə bir qayda olaraq savadsız həkimlər, tibb işçiləri verirlər. Məlumatlı şəxsin bildirdiyinə görə hər ay Nigar Əliyeva onların “gəlirlərinin” 60 faizini alır. Ölkəninin bütün xəstəxanalarından, səhiyyə idarələrindən və sanatoriyalarından hər ay Nigar xanımın “qara kassasına” külli miqdarda vəsait toplanır. Bu vəsaitlərin sonucda hara axması isə yəqin ki, özü-özünə aydındır. Hər halda səhiyyədəki vəziyyət bunu bariz şəkildə nümayiş etdirir. Yəni “kor-kor, gör-gör” misalı.
Azfakt.com-a danışan bilgili şəxs bildirdi ki, Nigar xanım qeyri-rəsmi olaraq təkcə kadr “siyasətini” kurasiya etmir. Nazir Oqtay Şirəliyevin bir nömrəli etimad göstərdiyi şəxs olaraq xanım Əliyeva səhiyyədəki bütün korrupsiyanın sükanının möhkəmcə öz əlində tutur. Qeyd edək ki, Nigar Əliyeva nazir müavini olmamışdan əvvəl Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləyib. Birdən birə nazir müavini olan xanım Əliyevanının bu yüksəlişinin bir çox qaranlıq məqamlarının da olduğu bildirilir ki, bu barədə ikinci yazımızda ətraflı söhbət açacağıq. Xanım müavinin adının səhiyyə sistemindəki bütün qaranlıq işlərdə keçdiyi bildirilir. Bu da Nigar Əliyevanının ölkənin bəlkədə ən varlı qadınları içində birinci yer tutmasına gətirib çıxarıb.
Nigar Əliyevanı tanıyan mənbə bildirib ki, Oqtay Şirəliyevin xanım müavinin sərvəti son illər o qədər artıb ki, artıq Nigar Əliyeva bu biznes obyektlərini və mülklərini idarə etməyə adam belə tapa bilmir. Çünki bu məsələdə ancaq sədaqətli yaxın adamlarına etibar edə biləcək olan Nigar Əliyeva artıq bu kriteriyalara cavab verə biləcək etibarlı, biznes təcrübəsi olan, boş yaxın adamları qalmayıb. Elə o üzdən də mənbə hazırda həddindən artıq varlanan Nigar Əliyevanının inanılmaz sərvətini idarə etməkdə çətinliklərlə üzləşdiyini qeyd edib.
Mənbə bildirir ki, Nigar Əliyeva haqqında detallı məlumatlar faktlarla və sübutlarla ortaya çıxarsa, o zaman “MTN işi” belə Oqtay Şirəliyev-Nigar Əliyeva işinin yanında xırda və cılız görünər.
Qeyd edək ki, Nigar Əliyevanının səhiyyə sistemindəki korrupsiya fəaliyyəti ilə bağlı detallı faktları ikinci yazımızda oxucularımızın diqqətinə cəlb edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.Az
Digər xəbərlər
loading...