“Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişikliklə bağlı layihə bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib
Cebhe.info xəbər verir ki, dəyişiklik "Elm haqqında" qanuna uyğunlaşdırma xarakterlidir.
Dəyişikliyə əsasən, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri də özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növlərinin siyahısına əlavə olunub.
Qeyd edək ki, “Elm haqqında” qanunun 30-cu maddəsinin birinci bəndində göstərilib: Dövlət elmi müəssisələri müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında, profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan oluna bilər. İkinci bənddə isə qeyd olunub ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz.
MilliYol.Az
Digər xəbərlər
loading...