Stelenboss Universitetinin alimləri iddia edir ki, indiki nəsil tələbələr smartfonlar sayəsində təhsildə xeyli zəifləyiblər
İKT.lent.az-ın TASS.ru saytına istinadən məlumatına görə, mütəxəssislər müasir tələbələrin texniki aborigenlərə oxşadıqlarını bildirib.
Onların fikrincə, 1980-ci ildən sonra doğulan insanlar eyni anda bir neçə işi görməyə imkan verən daimi texniki yeniliklərə alışıblar. Mühazirələrdə müəllimlər onlara öz smartfonlarında qurdalanmağa, sosial şəbəkələrdən istifadə etməyə və video hostinqlər etməyə icazə verirlər. Alimlərin fikrincə, smartfonlar insanları key edir, yaşam keyfiyyətini xeyli asanlaşdırırlar. Bunun da nəticəsi olaraq tədris zamanı təhsilə davamiyyət və diqqət aşağı düşür, azalır.
Ali məktəb mütəxəssisləri tərtibatçılardan yeni cihazlar yaradarkən şagirdlərin bacarıqlarına mənfi təsirin olacağını da nəzərə almağı xahiş edirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...