“Çox səyahət edən və dəb dünyasındakı ən son yeniliklərdən xəbərdar olan biri kimi deyə bilərəm ki, Bakı dəbli alış-veriş üçün çox uyğun şəhərdir”
Bunu Ailem.az-a açıqlamasında məşhur dəb bloqqeri Aynur Güzel (Caspian Vogue) deyib.
Bloqqer Bakı Şopinq Festivalındakı qiymətlərin kifayət qədər münasib, geyim çeşidlərinin isə rəngarəng olduğunu dilə gətirib: “Hər zövqə uyğun alış-veriş üçün istər seçim olaraq, istərsə də qiymət baxımından əlverişli imkan var. Festival mövsümün tam ortasında, yəni heç yerdə endirim olmayan bir vaxtda əla fürsətdir. Mən İstanbulda keçirilən festivala bir neçə il öncə getmişdim. O zaman belə razı qalmamışdım. İki həftə öncə getdiyimdə isə İstanbuldakı qiymət artımı məni çox məyus etdi. Bunu, hətta bloqumda da paylaşmışdım”.
Aynur Güzel qış qarderobunu yeniləyib bitirsə də, qızlarının yeni mövsüm geyimlərini məhz festival müddətində aldığını bildirib. Xanım bloqqer Bakı Şopinq Festivalının bütün dünyaya səs salacağına ümid edir: “Pozitiv hisslər yaşayıram. Bu həm yerli əhali, həm də turizm üçün atılmış ciddi və gözəl addımdır. Fikrimcə, daha güclü tanıtım ilə bu festivalı dünyaya eşitdirməliyik. Bakı Şopinq Festivalı çərçivəsində konsertlər və digər tədbirlər də təşkil olunsa, şopinqi həm də əyləncəli etmək olar. Əlbəttə, davamlı olması sadəcə müsbət hisslər doğurar”.
MilliYol.Az
Digər xəbərlər
loading...