Hacıqabul rayon sakinləri böyük və kiçik ranqlı məmurların əsarətindən qurtula bilmir.
İcra başçısı Əhməd Muxtarovdan tutumuş, gənc və dəstəkli məmur sayılan Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanova kimi rayonu sovurmaq əməliyyatları davam edir. Bir sözlə, bütün idarə və təşkilat rəhbərləri “qonşudan qalma geri” deyib rayonun bütün var-yoxunu talamaqla məşğuldur.
Amma burda da bir fərq var. Məmur var çox talayır, məmur var az. Təbii ki, icra başçısının taladıqları kimi olmasa da, Hacıqabulda başçıdan qismən az talayan ikinci məmur da var - Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov…
İcra başçısının əsas adamı hesab olunan yoldaş Əmiraslanov nəyi harda neçə həzm etməyin yollarını ustalıqla bilir. Bu ustalığına görə, hətta başçının dəfələrlə orden və şanlı mükafatları ilə təltif olunub. Daha doğrusu, özü hazırlayıb özü də mükafatlandırılıb. Bununla işimiz yox, icra başçısı bilər, Elnur yoldaş bilər.
Amma burda maraqlı bir neçə maraqlı məqam var ki, onu yazmaq lazımdır. Ki, bütün külli aləm xəbər tutsun. Bəlkə bundan sonra o xəbərlər Mədəniyyət və Turizm nazirimiz əzəmətli Əbülfəz Qarayev yoldaşın da qulağında eşidilər…
Yoxsa Əbülfəz Qarayev nə Elnur Əmiraslanovun əməllərini biləcək, nə də şöbə müdiri əməllərindən əl şəkəcək. Beləcə, Hacıqabul rayonu Əhməd Muxtarov və onun sol əli sayılan Əmiraslanovun sayəsində külli xarabalığa çeviriləcək.
Belə faktlar ərz olur ki, Hacıqabulun mədəniyyət ocaqları Əmiraslanovun şəxsi məqsədləri naminə istismarı olunur. Yəni ki, dağıdılır, talanır. Bu sözlər bir az ağır səslənir. Amma bunu bir qədər müasirləşdirsək belə demək olar- Əmiraslanov pul qazanır ki, Əhməd Muxtarov istəyəndə şarappıltı ilə qarşısına qoya bilsin.
Xronika…
Hacıqabul Rayon Mədəniyyət şöbəsi 1990-cı ildən fəaliyyətə başlayıb, 2006-cı ildən isə, rayon Mədəniyyət və Turizm Şöbəsi kimi fəaliyyətinə davam etdirir. Hazırda şöbənin tabeçiliyində 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 10 kənd klubu olmaqla 20 klub müəssisəsi, 1 rayon kitabxanası, 6 şəhər və 20 kənd kitabxana filialı olmaqla 27 müstəqil dövlət kitabxanası, 7 illik şəhər Uşaq Musiqi məktəbi, “Pir Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 arxeoloji-tarixi abidə kompleksi fəaliyyət göstərir. Ümumilikdə bu müəssisələrdə 180 nəfər mədəniyyət işçisi çalışır ki, onlardan 25 nəfəri ali, 57 nəfəri orta ixtisas, 98 nəfəri isə, ümumi orta təhsillidir.
Kənd kütübxanələrinin adı var özü yoxdu. Bundan danışmaq heç bizə dəı sərf etməz. Hamımız yaxşı bilirik ki, kənd kütübxanələrində siçovullar kef edir. Nə qapısını aşan var nə bağlayan. İndi nə varsa rayon mərkəzində var ki, onu da Əmiraslanov əla bilir. Amma bir fakt da var ki, bu kütübxanələrdə işləyənlər ölü canlardır. Onların əmək haqqı kartları yoldaş Əmiraslanovdadır. Pulu qurtaran ki, bankomata yollanır və kartı taxıb pulunu çıxarır. Eynən olixarq məmur həyatı…
Belə ərz edirlər ki, hazırda Hacıqabulda fəaliyyət göstərən əksər müəssisələrin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Aradakı fərq isə təbii ki, ayrılan əmək haqlarının mənimsənilməsi üçün qəsdən yaradılıb. Əlbəttə, əgər Mədəniyyət və Turizm şöbəsinin müdiri həmin müəssisələrin rəhbər vəzifələrinə təyinatları rüşvət müqabilində həyata keçirirsə, bu vəzifələri tutan şəxslərdən də öz vəzifə borclarının vicdanla icrasını tələb etmək çətin olacaq.
Hacıqabul rayonunda bu sahənin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Elnur Əmiraslanov tərəfindən mənimsənilir.
Xüsusilə kəndlərdə fəaliyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, onların vasitəsilə Elnur Əmiraslanov hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur.
Bildirilir ki, bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə, heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Həmçinin, eyni ad altında bir neçə dəfə vəsait almaq üçün müraciətlərin edilməsi və ya tenderlərin təşkil olunması da bu qəbildən olan nöqsanlardandır. Lakin nədənsə indiyədək nə rayon rəhbərliyi, nə də ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş şöbə müdirinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Yuxarı instansiyaların problemlərə belə yanaşma tərzi isə, bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının artmasına səbəb olur.
Yoldaş Əbülfəz Qarayevə görəsən nəsə çatır? Vallah insaf da yaxşı şeydir. 5 ye, 3 ver də.(Bizimxeber.az)
MilliYol.Az
Digər xəbərlər
loading...