Rusiya İstintaq Komitəsinin rəhbərliyinin qərarı ilə ölkənin ən təcrübəli müstəntiqlərindən biri - əfsanəvi general İskantsev işdən çıxarılıb
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, qərar üçün formal səbəb İskantsevin müqaviləsinin müddətinin bitməsi və təqaüd yaşının yaxınlaşmasıdır. Lakin mənbə iddia edir ki, əsas səbəb generalın mübahisə etməyi xoşlaması və rəhbərliklə “yola getməməsi”dir.
Bildirilir ki, general Anatoli İskantsev Budyonnovskdakı, “Rijskaya” və “Avtozavodskaya” metro stansiyalarındakı, “Park Kulturı” və “Lubyanka”dakı terror aktlarının araşdırılmasında, “Park Pobedı” stansiyasında qatarın qəzaya uğraması işində əsas fiqur olub. 50 dənizçinin ölümünün araşdırılması xatirinə general bir neçə ay Uzaq Şərqdə yaşayıb və istintaq aparıb. General İskantsev SSRİ prezidenti Mixail Qorbaçovu şəxsən dindirmiş müstəntiqdir.
İskantsevin son işi sosial şəbəkələrdə yeniyetmələri intihara sürükləyən “Mavi balina” qruplarının müəlliflərinə qarşı cinayət işi olub.
MilliYol.Az
Digər xəbərlər
loading...