Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Mülki Məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Hazırkı qanunvericiliyə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.
Dəyişikliyə əsasən sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılacaq.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib

MilliYol.Az
Digər xəbərlər
loading...