“Sadə insanları nümayəndəsiz qoymağımız yanlışdır. Hazırda məhkəmələrdə 100 minə yaxın mülki iş var. Vəkillərin sayını artırmadan bu prosesi həyata keçirmək çətin olacaq”
Bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycan vəkillərin sayına görə Gürcüstan və Ermənistandan geridədir: “Azərbaycanı beynəlxalq təşkilatlar qarşısında çətin vəziyyətdə qoyacağıq. Ali Məhkəməni düşünməyə çağırıram və bu qanun layihəsinin əleyhinə səs verəcəm”. (report.az)
MilliYol.Az
Digər xəbərlər
loading...