Şirkətlərin nümayəndələri Amerika konqresində məhkəmə iclasında iştirak edəcəklər
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Facebook, Google və Twitter nümayəndələri ABŞ Konqresində "Rusiya işi" məhkəmə iclasında iştirak edəcəklər. Onlar ötən ilin noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkilərində Rusiyanın müdaxiləsi ilə bağlı iddiaların araşdırılması ilə bağlı ifadə verəcəklər.
Məhkəmədə konqresmenlər "saxta hesabların təsiri"nin seçki kampaniyasında necə geniş olduğunu soruşacaqlar. Həmçinin, sosial şəbəkələrin nümayəndələrindən, onların platformalarının dezinformasiya yayılmasına nə qədər asanlıqla kömək etdiyini öyrənmək niyyətindədirlər.
Facebook-un verdiyi məlumata görə, 126 milyon amerikalı öz lentində "Pro-Rusiya" postu görüb.
Məlumat üçün bildirək ki, ABŞ-da keçirilən seçkilərə "Rusiyanın müdaxiləsi" haqqında söhbət, təxminən, bir ildir davam edir. Lakin Moskvanın seçkilərə müdaxiləsi hələ ki, subut olunmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...