“Son vaxtlar Bakıda onlarla park salınıb. Həmçinin rayonlarımızda da yüzlərlə ağac əkilib. Bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İDEA” İctimai Birliyi və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir”
AzVision.az xəbər verir ki, bunu “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Vitse-spiker deputat Fazil Mustafanın “Yaşıllıqların salınması üçün əhaliyə stimul vermək lazımdır” fikrinə cavab olaraq deyib: “Yeni Azərbaycan Partiyası da yaşıllıqların salınması ilə bağlı tədbirlərdə yaxından iştirak edir. Siz də bir partiya başqanı olaraq təklif edin, yaşıllıq salın. Fazil müəllim kənara çıxıb baxmaq lazımdır. Tənqid etməyə nə var ki?!”.
MilliYol.Az
Digər xəbərlər
loading...