“Bu gün “Qarabağ”dan ancaq yaxşı oyun gözləyirəm. Bakıdakı oyunun təkrarını istəyirəm. Bu isə oyunçuların özlərindən, onların motivasiyasından asılıdır. İstənilən halda ağır olacaq. Amma nəzərə alaq ki, yüngül heç nə olmur”
Bu sözləri Qol.az saytına açıqlamasında ölkəmizin əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atletiko” ilə səfər görüşü haqda danışan mütəxəssis komandadakı itkilərin nəticəyə elə də ciddi təsir etməyəcəyini söyləyib: “Yenə deyirəm, hər şey “Qarabağ”ın öündən asılıdır. Düzdür, bu gün bəzi futbolçular zədəlidi. Zədəlilərin yerinə oynayanlar meydanda elə mübarizə aparmalıdırlar ki, onların yoxluğu hiss olunmasın. Ümumiyyətlə, Avropa oyunlarında komandanı yaxşı kökləmək lazımdır. “Qarabağ”ın futbolçuları necə oynamaq lazım olduğunu bilirlər. Bu əsas şərtdi”.
Mircavadovun fikrincə, Bakıdakı heç-heçəyə görə, “Atletiko” bu gün daha aqressiv oynayacaq: “Atletiko” Çempionlar Liqasının pley-off-una düşmək istəyirsə, onlara xal itirmək olmaz. Ancaq mən “Qarabağ”dan ən azı Bakıdakı oyunun təkrarını istəyirəm”.
Təcrübəli mütəxəssis “Qarabağ”ın şansları haqda isə bunu deyib: “Proqnoz verməyi xoşlamıram. “Qarabağ” öz oyununu oynamalıdı. Bu çox vacibdi. “Qarabağ” stadionun böyüklüyünü, azarkeşlərin çılğınlığını görüb. Sakit halda oynamalıdırlar”.
MilliYol.Az
Digər xəbərlər
loading...