İstanbulun Atatürk hava limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. MilliYol.Az xəbər verir ki, bu barədə İstanbul valiliyi açıqlama yayıb.
Açılaqmada bildirilir ki, "canlı bomba"ların əvvəlcə ətrafdakılara atəş açması və sonra özlərini partlatması nəticəsində 41 nəfər həlak olub. Ölənlərdən 13-ü xarici ölkə vətəndaşlarıdır.
Terror aktı nəticəsində 239 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 109-u xəstəxanalarda tibbi yardım aldıqdan sonra buraxılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...