Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi dini icmaların layihələrinə vəsait ayırıb
MilliYol.Az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu gün layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə komitədə tədbir keçirilib.
Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bu cür layihələrə dövlətin birbaşa dəstəyinin din sahəsinə olan diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. O, eyni zamanda həyata keçiriləcək layihələrin məqsədindən də bəhs edib.
Layihələr çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların fəsadları barədə məlumatların verilməsi məqsədilə respublikanın regionlarında müxtəlif tədbirlərin həyata keçirilməsinin, maarifləndirici ədəbiyyatların çap edilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Layihələri maliyyələşdirilən Quba rayonu Ağbil kənd məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə”, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Göygöl şəhəri “Heydər” məscidi dini icması “İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır", Ağstafa rayonu Dağ Kəsəmən kəndi “Eyyub ağa” məscidi dini icması “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır”, Qazax şəhəri “Cümə” məscidi dini icması dini “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir”, Salyan rayonu Şorsulu kənd məscidi dini icması “İslamda həmrəyliyin əhəmiyyəti”, Lənkəran rayonu Ləj kənd məscidi dini icması “İslam humanizm və həmrəylik dinidir”, Beyləqan rayonu Qarallar kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Salyan rayonu Kürsəngi kənd “Hacı Səftər” məscidi dini icması “İslam həmrəyliyi – sülhə aparan yol”, Masallı rayonu Miyankü kənd məscidi dini icması “İslam dini: sülh və vəhdətə çağırış” mövzularında maarifləndirmə tədbirləri həyata keçirəcəklər.
Dini icma sədrləri çıxış edərək dindarlar üçün yaradılmış hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...